Bakı. Trend:
Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlüNərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” PublikHüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmışcinayət işinin istintaqı tamamlanıb.
Trend bu barədə Baş Prokurorluğa istinadənxəbər verir.
İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsindəhəkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayevvə həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən KönülSadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımiqaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanınölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanınrəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərəkvəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olansəhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifəsaxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməkləcinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinəgöndərilib.