RU

Ciorcia Meloni: İtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir

Roma, 15 may, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Ciorcia Meloni söhbət zamanı Papa XIV Leonu Roma Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə İtaliya hökuməti və xalqı adından təbrik edib. O, İtaliyanın silahların və qarşıdurmanın dialoqun yerini tutduğu bütün böhran ssenarilərində sülh və münaqişələrin dayandırılması üçün Müqəddəs Taxt-Tacın səylərini yüksək qiymətləndirdiyini və dəstəklədiyini deyib.

Baş nazir İtaliyanın Müqəddəs Taxt-Tacla birlikdə süni intellektə yönələn səylərin inkişafı üçün birgə işləməyə hazır olduğunu bildirib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
247
8
azertag.az

10Источники