RU

İsrail İrana nüvə zərbəsi planlaşdırır – CNN

ABŞ-ın əldə etdiyi yeni kəşfiyyat məlumatlarına görə, İsrail İranın nüvə obyektlərinə  hərbi zərbə vürmağa hazırlaşır. Bu barədə CNN telekanalı ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, İsrail rəhbərliyinin son qərar verib-vermədiyi məlum deyil və ABŞ rəsmiləri arasında hücumun baş tutacağı ilə bağlı fikir ayrılığı mövcuddur.

CNN qeyd edib ki, söhbət planlaşdırma mərhələsindən gedir və bu, dərhal əməliyyata başlanacağı demək deyil.

N.Təbrizli

Избранный
180
50
anews.az

5Источники