RU

Ukrayna Kurska raket zərbələri endirdi

BAKI, 22 may. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində yerləşən Lqov şəhərinə raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hücum nəticəsində dinc əhali arasında itkilər var, lakin bu barədə hələlik rəsmi təsdiq təqdim olunmayıb.

Hücumun digər detalları və mümkün dağıntılarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisədən əvvəl şəhər meri Aleksey Klemeşov yerli əhalini təhlükəsizlik tədbirləri görməyə çağıraraq, teleqram kanalında belə yazıb: "Lqov yüksək səslə! Sığınacağa get!"

Избранный
115
10
teleqraf.com

10Источники