RU

"Bu durum nə Sumqayıta, nə də şəhərin tək komandasına yaraşır"

"Sumqayıt" Misli premyer-liqasının 36-cı tur matçında "Səbail"in meydanında böyükhesablı qələbə qazandı - 4:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyunsonrası mətbuat konfransında açıqlama verdi:

"Oyun haqda danışılası nəsə yoxdu. Futbolçular qısa müddətdə toparlandı və qələbə qazandı. Hər birinə təşəkkür edirəm. Üç xal bizim üçün vacib idi. Ən azından çempionatı 8-ci pillədə bitirmək şansımız var. Nəticələrə görə azarkeşlərdən üzr istəyirik. Bu durum nə Sumqayıta, nə də şəhərin tək komandasına yaraşır. İnanıram ki, tərəfdarlar gələcəkdə daha yaxşı "Sumqayıt" görəcək".
Избранный
25
50
football-plus.az

10Источники