RU

Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensial var - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığıngücləndirilməsi üçün əhəmiyyətli potensial var.

Trend xəbər verir ki, bunuAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xariciişlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransındadeyib.

“2025-ci ilin fevral ayında iki ölkə arasında siyasiməsləhətləşmələr keçirilib və bunun mütəmadi davam etdirilməsiönəmlidir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda BMT,GUAM, ATƏT kimi təşkilatlar xüsusi yer tutur. Təəssüf ki, üç ildənçox davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadi münasibətlərimizəmənfi təsir göstərib”, - o qeyd edib.

C.Bayramov vurğulayıb ki, nəticədə 2021-ci ildə 1 milyard dollarolan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350milyon, 2024-cü ildə 30 faiz artımla 460 milyon dollar olub.

Избранный
67
40
az.trend.az

10Источники