İtaliyanın “Milan” klubu Massimiliano Alleqrinin baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Alleqrinin illik maaşının təxminən 5 milyon avro olacağı, əlavə olaraq bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Alleqri daha əvvəl – 2010-2014-cü illər aralığında da “rossoneri”nin baş məşqçisi olub. Onun rəhbərliyi altında “Milan” 2010/2011 mövsümündə A Seriyasının çempionu olub və İtaliya Superkubokunu qazanıb.
Təcrübəli çalışdırıcının son iş yeri isə “Yuventus” klubu olub. O, Turin təmsilçisini 2021-2024-cü illərdə çalışdırıb.