AZ

Aleksander Arnoldun “Real”a keçidi rəsmiləşdi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trent Aleksander-Arnoldun “Real”a keçidi ilə bağlı transfer dastanında son nöqtə qoyuldu."Football-plus.az" xəbər verir ki, “Liverpul”la müqavilə müddəti bitən ingiltərəli müdafiəçi burda qalmaqda maraqlı olmadı. Müqavilənin son bir ayı ilə bağlı çətinlik var idi: “Real” “qırmızılar”a 1 milyon avro kompensasiya ödəməklə Trenti klublarası dünya çempionatına aparmaq istəyirdi. “Liverpul” bu təklifdən imtina etdi və 10 milyon istədi. Mario Korteqanın və bir çox başqa insayderin yaydığı xəbərə görə, Madrid klubu bu tələbə də razılıq verib və müqavilə müddətinin bir ay tez bitməsi üçün lazımi məbləği ödəyib.Müqavilə müddətinin bitməsinə bir ay qalan futbolçu üçün 10 milyon avro ödəmək “Real”ın bu transferdə nə dərəcədə maraqlı olduğunu göstərən məqamdı. Trent artıq Xabi Alonsonun sərəncamındadı. Bəli, Trent “Real”la çoxdan anlaşmışdı. “Liverpul”un yetirməsinin Madrid klubuna keçmək arzusu haqda İspaniya mediası hələ payızda yazırdı. Ancaq o vaxt nüfuzlu insayderlər bu xəbəri təsdiqləmirdi. Nəhayət, yazda bu iddianı bölüşənlərin sayı artdı. David Ornşteyn hətta prosesi detallarına qədər xırdalayıb.● “Real” Trentlə müqavilə bağlamaq üçün iki il çalışıb. Dani Karvaxalın xaçvari bağlarını zədələməsi bu prosesi bir qədər də sürətləndirib.● “Real” və “Liverpul” daim əlaqədə olub. İspaniya klubu İngiltərə klubuna danışıqların gedişi ilə bağlı bilgi verib. “Real” Trentə və təmsilçilərini müqaviləni hələ martda təqdim edib.● “Liverpul” son mərhələdə Trentə daha səxavətli müqavilə təklif edib. Ancaq müdafiəçidə yeni çağırışa cavab vermək və “Real”ın formasını geymək arzusu qalib gəlib. Pul onun üçün heç vaxt həlledici amil olmayıb.Nüfuzlu insayderlərin yaydığı xəbərə görə, ingiltərəli müdafiəçi 2031-ci ilə qədər müqavilə bağlayacaq. Ramon Alvares De Mon maliyyə detallarını da açıqlayıb: vergilər çıxılandan sonra 7,2 milyon avro maaş, 15 milyon avro imza parası (müqavilə müddətinə uyğun bir neçə hissədə ödəniləcək). Trentin nümayəndələri də komissiya haqqı kimi bir neçə milyon alacaq.Bəs Aleksander-Arnold “Liverpul”la necə vidalaşdı? O, mayda geniş vida məktubu yazmışdı:

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

“Liverpul”da 20 il keçirəndən sonra bunu deməyin vaxtıdı – bəli, mövsümün sonunda klubu tərk edirəm. Bu, həyatımdakı ən çətin qərardı. Bilirəm ki, indiyə qədər bu haqda danışmadığına görə məyussuz və ya məni qınayırsız. Ancaq mən həmişə komandanın maraqlarına tam köklənməyə çalışmışam. Və məhz 20-ci çempionluğa. Bu klub həyatımın mənası, dünyam olub – 20 il ərzində. Akademiyaya qədəm qoyduğum gündən bəri. Dəstəyiniz və sevginiz həmişə mənlə olacaq. Hər birinizin qarşısında əbədi borcluyam. Bu qərar onunla bağlıdı ki, mən yeni çağırışı qəbul edirəm. Rahatlıq zonasından çıxıram – həm peşəkar, həm də şəxsi planda inkişaf etmək istəyirəm. Hamıya – məşqçilərimə, menecerlərimə, bütün komanda yoldaşlarına, klub personalına və qeyri-adi azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Son 20 ilə görə minnətdaram. Arzularımı burda gerçəkləşdirə bildiyimə görə bəxtim gətirdi. “Liverpul”a sevgim heç vaxt ölməyəcək. Birgə keçirdiyimiz gözəl anları və qələbələri unuda bilmərəm”.

Hər halda, Trenti fitə basanlar da tapıldı. “Liverpul”un fanatlarının bir qisçi klubu yetirməsinin pulsuz-parasız ayrılmasını xoş qarşılamadı. Hətta komandanın sabiq baş məşqçisi Yürgen Klopp da bu məsələyə münasibət bildirməli oldu, daha doğrusu, müdafiəçini müdafiə etdi:

“O, meydana çıxanda mən fit səsləri eşitdim. Artıq qocayam, bu üzdən televizorun səsini artırdım və əmin oldum ki, həqiqətən onu fitə basırlar. Bunu dərk etmək üçün daha 10 saniyə lazım gəldi, ardından televizoru söndürdüm. Məyus oldum. Məyusluğunuzu, qəzəbinizi anlayıram. Ancaq onu da deyirəm ki, unutmayın. Bu klub heç nəyi unutmur”.

Beləliklə, “Liverpul”dakı son mövsümündə çempion olan Trent Madridə - yeni titullar arxasında yollanır. Müdafiəçinin həyatında yeni fəsil başlayır. Amma 10 milyon avro da puldu. “Qırmızılar”ın azarkeşləri hər nə qədər daha artığını istəsələr də...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
33
icma.az

10Mənbələr