RU

Kürdəmirdə DƏHŞƏT: Körpə buna görə ÖLÜ DOĞULUBMUŞ!

Bu barədə Ajans.az-ın TƏBİB-dən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı qadının körpəsi ölü doğulmasının səbəbləri ilə bağlı sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, təcili və təxirəsalınmaz yardımlar edilən pasiyentin vəziyyəti stabilləşib: "Pasiyentə stasionar yatış tövsiyə edilsə də o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb.  Daha sonra 30.05.2025-ci il tarixində saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirilib və hamilə təcili Əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib.

Pasiyent əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir".

Избранный
285
50
Ajans.az

10Источники