RU

Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 may, AZƏRTAC

Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləmək üçün gəlmişik. Burada olmaqdan çox məmnunam.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Coursera” şirkətinin tərəfdaşlıqlar üzrə baş direktoru Larisa Vitkroft deyib.

“Bu gün Bakıda Azərbaycan hökumətinin dəstəklədiyi “Milli Proqram”ın açılış mərasimində təqdimatla çıxış etdim. Burada çatdırmaq istədiyimiz əsas ismarıc budur ki, müasir dünya sürətlə inkişaf edir və dəyişir. Nəticədə hər bir insanın davamlı təhsil almağı artıq vacib şərt olub. Biz bu dəyişikliklərlə ayaqlaşmalıyıq, karyeramız üçün bilik və bacarıqlarımızı inkişaf etdirməliyik. Əmək bazarında tələblər də dəyişir. Biz gündəlik əsaslarda yenilikləri öyrənməliyik. Biz yeni təlimlər və tədrisdən imtina etməməliyik”, - deyə Larisa Vitkroft vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
342
45
azertag.az

10Источники