RU

Azərbaycanın pambıq mahlıcının ixracından qazancı 21 faiz azaldı

BAKI, 31 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pambıq mahlıcının ixracından gəliri 61,6 milyon dollar olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayında qeyd olunub.

Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 16,7 milyon dollar və ya 21 faiz azdır.

2024-cü ilin müvafiq dövründə Azərbaycanın bu məhsulun ixracından qazancı 78,3 milyon dollar olmuşdu.

Избранный
414
8
teleqraf.com

3Источники