Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş təyyarələri (PUA) ilk dəfə Sibirə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz "Telegram" kanalında məlumat verib.
“Hazırda PUA-ların Srednıy kəndindəki hərbi hissəni hədəf aldığı məlumdur. İlk dəfə Sibirdə PUA hücumu baş verdi. Onlardan biri Novomaltinskdəki köhnə binaya düşüb. PUA-ların dəqiq sayı hələ hesablanmayıb”, - deyə məlumatda bildirilir.
O, əhalidən təşvişə düşməməyi xahiş edib, dinc əhalinin həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığını vurğulayıb.