RU

NBA-da ikinci finalçı müəyyənləşib

Bakı, 1 iyun, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) ikinci finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində “Nyu-York Niks”i mübarizədən kənarlaşdıran “İndiana Peysers” 25 ildən sonra ilk dəfə həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, bu komandanın finaldakı rəqibi “Oklahoma-Siti Tander” olacaq. Final seriyasına iyunun 6-da start veriləcək.

Избранный
117
13
azertag.az

10Источники