Qazaxda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1959-cü il təvəllüdlü A.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info