Ağstafa, 2 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin aşması nəticəsində 1964-cü il təvəllüdlü A.Hacıalıyeva, 1979-cu il təvəllüdlü G.İsayeva və 1970-ci il təvəllüdlü N.Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.