RU

UFC-nin Bakıdakı turniri Azərbaycan üçün nələr vəd edir?

İyunun 21-də Bakıda UFC təşkilatçılığı ilə döyüş gecəsi baş tutacaq. Azərbaycanın idman tarixində ilk dəfədir ki, UFC kimi qlobal təşkilat ölkəmizdə turnir keçirir. Yarış həm təşkilat baxımından, həm də azərbaycanlı döyüşçülər üçün yeni mərhələnin başlanğıcı ola bilər.

Publika.az xəbər verir ki, UFC bu vaxta qədər Qafqaz bölgəsində heç bir turnir keçirməyib. Bakıda keçiriləcək yarış bu baxımdan region üçün də bir ilk olacaq. Bu qərarın verilməsində Azərbaycanın son illərdə döyüş növlərinə verdiyi dəstək, yerli döyüşçülərin yüksəlişi əsas rol oynayıb.

Turnirdə üç azərbaycanlı döyüşçü oktaqona çıxacaq. Onlardan ən çox gözləniləni Tofiq Musayevdir. O, bu yaxınlarda UFC ilə yeni müqavilə imzalayıb. Musayev daha əvvəl “Bellator” və RİZİN kimi təşkilatlarda uğur qazanıb və indi UFC-də debütə hazırlaşır. Bakıda keçirəcəyi döyüş həm idman, həm də şəxsi baxımdan önəm daşıyır.

Nazim Sadıqov UFC-də sürətlə yüksələn azərbaycanlı döyüşçülərdəndir. Onun stili və döyüş taktikası azarkeşlər və bu sahə üzrə analitiklər tərəfindən müsbət qarşılanır. Sadıqov üçün Bakıda döyüşmək həm məsuliyyət, həm də motivasiya olacaq. O doğma vətənində ilk dəfə oktaqona çıxacaq.

Rafael Fiziyev isə artıq UFC-də tanınmış simadır. “Ataman” ləqəbli döyüşçü yüngül çəki dərəcəsində “ilk onluğ"a daxil olub və bir çox reytinqli döyüşçü ilə qarşılaşıb. Onun çıxışı bu turnirə beynəlxalq marağı da artıracaq. O da Sadıqov kimi Azərbaycanda ilk döyüşünü keçirəcək.

Избранный
289
25
publika.az

10Источники