RU

"Etna" vulkanı püskürdü - Xəbərdarlıq edildi

Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb.

Publika.az xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb.

Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində minlərlə metr yüksəkliyə qalxıb və böyük əraziyə yayılıb.

Məlumata görə, 2021-ci ilin fevralından bəri Etnada belə intensiv vulkanik fəaliyyət qeydə alınmayıb.

Избранный
165
6
publika.az

10Источники