“Azercell Telekom” MMC 1 iyul tarixindən etibarən internet paketlərinin qiymətini qaldıracaq.
Valyuta.az xəbər verir ki, "Azercell"in aylıq internet paketlərində "Pulsuz WhatsApp" kampaniyası ləğv edilir. “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar isə dayandırılır.
İnternet paketlərində dəyişikliklər aşağıdakı kimi olacaq:
Belə ki, "Azercell" aylıq internet paketləri üzrə qiymətləri eyni saxlayıb, ancaq istifadə müddətini azaldıb. Daha öncə aylıq internet paketi 30 gün müddətini əhatə edirdisə, indi bu müddət azaldılaraq 28 günə endirilib.
Aylıq 55 GB paketi 56 GB-a artırılaraq qiyməti 39 AZN olaraq müəyyən edilib.
Saatlıq internet Paketlərinin də qiyməti artırılıb. Belə ki, 1 saat üçün 0.59 AZN tələb olunurdusa, dəyişiklikdən sonra ödənilən məbləğ 0.99 AZN olacaq.
3 saat üçün isə 1.99 AZN olacaq. Hazırda bu tarif üçün qiymət 1.49 AZN-dir.
Günlük İnternet Paketlərində dəyişiklik isə aşağıdakı kimidir:
"Azercell"in 250 MB paketi 350 MB-a artırılaraq qiyməti 0.99 AZN, 1000 MB paketi 1.5 GB-a artırılaraq qiyməti 1.99 AZN müəyyən edilib. Əvvəl bu tariflər 250 MB üçün 0.80 AZN, 1000 mb üçün isə 1.50 AZN müəyyən edilmişdi.
RUMİ