RU

Gecə Bakıdan rayona gələn kişi arvadının yazışmasını tutdu: "Dedi, daha pisi olacaq"

Biləsuvar rayonunda 1999-cu il təvəllüdlü Emin qısqanclıq zəminində həyat yoldaşı Ləmanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Emin arvadı Ləmanın başqasıyla sevgi münasibətində olmasını aşkar edib, bu halı şəxsi və ailə ləyaqətinə toxunan hərəkət kimi qiymətləndirib.

O, Ləmanı öldürmək qərarına gəlib.

26 mart 2024-cü ildə saat 14 radələrində Biləsuvar rayonunun kəndində tikintisi tamamlanmamış fərdi yaşayış evində quraşdırılmış təzə qapılara baxmaq və təmizlik işləri görmək adı ilə həmin tikiliyə dəvət edib.

Daha sonra paltarını dəyişməyi bəhanə edib, giriş qapısının üzərində saxladığı bıçağı götürərək belində gizlədib. Qonaq otağında pəncərəyə baxan Ləmanın kürəyinə zərbələr endirib. Bıçağın tiyəsinin Ləmanın kürək nahiyəsinə qırılaraq qaldığını və onun qaçmaq istədiyini görüb.

Arvadını yerə yıxaraq bıçağın qırılmış dəstəyi ilə başına, üzünə nizamsız zərbələr endirib. Sonra döşəmədən taxta parçasını götürərək qadının üzünə və başına zərbələr vurub. Bununla da kifayətlənməyib, Ləmanın müqavimətini tam qırmaqdan ötrü döşəmədən metal çubuğu götürüb və onun döş qəfəsinə zərbə endirib.

Ləman aldığı zərbələr nəticəsində ölüb.

“Gecə Ləmanın telefonuna baxdım”

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, martın 18-də Novruz bayramını keçirmək məqsədilə Bakı şəhərindən Biləsuvar rayonuna gedib:

“Mən evə çatanda ailə üzvlərimin hamısı yatmışdı. Həyat yoldaşım Ləmanın telefonuna baxdım, başqa şəxslə yazışmasını gördüm. Onu oyatdım, səsimizə evdəkilər də oyandılar. Valideynlərim mənə hər şeyi qanun çərçivəsində həll etməyi məsləhət gördülər.

Mən Ləmanın atası Musaya zəng etdim, qızının mənə xəyanət etdiyini söylədim, gəlib onu aparmasını istədim Musa gəlmədiyinə görə Ləmanı atası evinə özüm apardım”.

“Sübut kimi lazım olacağını düşündüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanın ögey anasına və bibisinə onun başqası ilə yazışmalarını göstərib, arvadının onu biabır etdiyini bildirib:

“Sübut kimi lazım olacağını düşünüb, həmin anların videoçəkilişini də apardım. Həmin vaxt Ləmanı öldürmək istəsəm də, uşaqlarıma görə fikrimdən daşındım. Ləmanı boşanmağa razı salmaq üçün yeni tikdirdiyim evə apardım. O mənə boşandığımız təqdirdə uşaqların özündə qalacağını bildirdi. Bundan əlavə məni təhqir etdi, bundan da pis hərəkətlər edəcəyini dedi.

Gözüm bıçağa sataşdı, onu bıçaqla vurdum. Zərbə vurduqda bıçaq sınaraq Ləmanın bədənində qaldı. Bundan sonra onu öldürmək haqqında fikirləşdim.

Onu xüsusi amansızlıqla öldürmək niyyətim olmayıb. Öldüyünə əmin olmaq üçün çoxsaylı zərbələr vurmuşam, axırda boğazından asmışam. Sonra polis şöbəsinə gedərək könüllü təslim olmuşam”.

“Tez ölməsi üçün harasına gəldi, zərbələr vurdum”

Избранный
99
49
publika.az

10Источники