Dəfn işçiləri onun ölü kimi görünən cəsədini dəfnə hazırlayarkən 88 yaşlı qadın "oyandıqdan" sonra diri-diri basdırılmaqdan çətinliklə canını qurtarıb.
Publika.az xəbər verir ki, dəhşətli hadisə Çexiyanın Pilsen şəhərində baş verib.
Belə ki, əri yaşlı qadının səhər saatlarında oyatmaq istəyib, amma cəhdləri hədər gedir. O, ən pisindən qorxaraq dərhal təcili yardım çağırıb, lakin təəssüf ki, həkimlər onun öldüyünü rəsmən elan ediblər.
Onun ehtimal edilən "ölümündən" sonra dəfn evinin işçiləri onun cəsədini dəfn üçün hazırlayıblar. Lakin tezliklə onun heç ölmədiyini və əslində çox sağ olduğunu başa düşüblər.
Müxtəlif məlumatlara görə, təqaüdçü həyat əlamətləri göstərib, bəziləri onu tabuta qoyarkən gözlərini açdığını iddia edərlər. Dgərləri isə cənazə evinin işçilərinin onun nəfəs aldığını görəndə təşvişə düşdüklərini bildiriblər.
Büro işçiləri təcili yardımı köməyə çağırıblar və onun həqiqətən sağ olduğu müəyyən edildikdən sonra qadın xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.