Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qusar şəhəri ərazisindəki “Atlant” ticarət mərkəzinin yaxınlığında yerləşən təkər təmiri sexinin qarşısında baş verib.
Cəlal sərxoş vəziyyətdə Rzaxana qarşı nalayiq ifadələr işlədib, onun sifət nahiyəsinə zərbə yetirib.
Daha sonra o, Rzaxanın boğazından tutaraq sıxmaqla ona qarşı zor tətbiq edib, təxminən 10-15 dəqiqə ərzində orada ictimai qaydanı kobud surətdə pozmaqla xuliqanlıq hərəkətləri edib.
Hadisəni törədən Cəlalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlal 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
10Источники
-
demokrat.azAysel dəbdəbəli bağını göstərdi — VİDEO ( 18022204)
-
publika.azBu da Aysel Əlizadənin dəbdəbəli bağı ( 18021448)
-
milli.azAysel dəbdəbəli bağını göstərdi - VİDEO ( 18021349)
-
demokrat.azQusarda 41 yaşlı kişi onaborcu olan tanışını boğmaq istədi ( 17935636)
-
moderator.az“Babamın cib saatı qardaşımdadır, sabun dükanını satıb məktəbə xərcləyib” - FOTO+ÖZƏL ( 17932846)
-
cebheinfo.azHüsniyə Məhərrəmova: “Bitdi, qayıdıram Masazıra” - VİDEO ( 17931856)
-
cebheinfo.azGəl qızını apar, mənə xəyanət edib : Ata gəlmədi, övladı öldürüldü ( 17899390)
-
azpost.infoAbşeronda kişi 110 manat borc üstündə döyüldü ( 17879487)
-
news24.azAta telefonu açaraq oğlunun Qatilini Tapdı ( 17877306)
-
news24.azAta telefonu açaraq oğlunun Qatilini Tapdı ( 17877177)