RU

Ukraynaya PUA hücumu - Çerniqovda 5 nəfər ölüb

Rusiya ordusunun Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə PUA-larla hücum edib. Hücum nəticəsində azı 5 nəfər ölüb. Onlardan biri uşaqdır.

Bu barədə Çerniqov vilayətinin administrasiya rəhbəri Vyaçeslav Çaus Telegram kanalında yazıb.

“Partlayışlar yaşayış massivindəki evlərə ziyan vurub. Dağıntılar altından iki qadın və bir yaşlı uşağın cansız bədəni çıxarılıb. Hazırda altı yaralı haqqında da məlumat var, onlar yerli xəstəxanalara yerləşdirilib, bütün lazımi yardımlar göstərilir”.
Hazırda hücumların baş verdiyi ərazidə təcili xidmətlərin əməkdaşları işləyir.

Избранный
227
22
herbiand.az

10Источники