RU

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Keçirilən növbəti tədbirlər nəticəsində Nərimanov rayonu ərazisində 1 avtomat silahı və 30 patron tapılaraq götürülüb.
 
Həmçinin 2 paytaxt sakini 1 avtomat silahı, 1 tapança və 5 patronu polisə könüllü təhvil verib.
 
Araşdırma aparılır.
Избранный
156
31
moderator.az

10Источники