Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Rassel Martinə tapşırılıb. Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Martin son olaraq “Sauthempton”da işləyib. O, 2024-cü ilin dekabrından işsiz idi.