RU

Mütəxəssislərdən hamilə qadınlara Qurban bayramı XƏBƏRDARLIĞI

Qurban Bayramında ət istehlakı artdığı üçün hamilə qadınlar xüsusilə diqqətli olmalıdırlar.

Bizim.Media "EnSonHaber"ə istinadən xəbər verir ki, hamiləlik dövründə immun sistemi zəiflədiyinə görə qurban ətinin qəbulunda bəzi qaydalara əməl olunmalıdır.

İlk olaraq  təzə ət yemək hamilələrə tövsiyyə olunmur. Çünki yeni kəsilmiş ət həzm üçün çətinlik yaradır. Bu səbəbdən, ət heyvan kəsildikdən ən azı 1 gün sonra istehlak edilməlidir. 

İkin olaraq isə ətin tərkibində parazitlər olduğu üçün yaxşı bişməlidir. 
 

Mütəxəssislər qızartma və yağlı qovurma əvəzinə, qaynatma və sobada bişirmə kimi üsulların hamilələr üçün daha sağlam seçim olduğunu vurğulayırlar. Həmçinin,  hamilə qadınlar üçün gündə 90–120 qram (təxminən bir porsiya) ət kifayətdir.


Sonda isə ətin tək yox, yanında  tərəvəz və bol maye qəbuluyla istehlak edilməli olduğu da bildirilib. Bu isə həzm üçün önəmlidir.

Bizim.Media

Избранный
147
18
bizim.media

10Источники