RU

Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi

Şükür Fəxrəddin oğlu İsgəndərov “AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Direktorlar Şurası qərar qəbul edib.

O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür.

 

Qeyd: Ş.İsgəndərov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin kürəkənidir.

 

Xatırlatma: “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100 %-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də 2019-cu ildən "AFB Bank" ASC-nin 99,64 %-lə əsas səhmdarıdır.

 

Nadir

Tarix: 6 İyun 2025, 12:37   
Избранный
240
30
pravda.az

10Источники