RU

Qvardiola: “Mənim nail olduqlarımı başqa məşqçilər də…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, Lionel Messi ilə nail olduğu uğurlara ixtiyari məşqçi nail ola bilərdi.

Arena.az “Reuters” agentliyinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən təvazökarlıq pərdəsi altında gizlənmək istəmirəm: əlbəttə, mən yaxşıyam! Bunu uzun illər ərzində sübut edirəm. Amma o uğura ki, mən müvəffəq olmuşam, o deməkdir ki, məni, Lionel Messi və digərlərini çalışdırmaq üçün seçiblər, mən də inanılmaz komandanı qururdum. Ancaq başqa məşqçilər də gərəkli məqamda həmin mövqedə, güman ki, elə eynisinə müvəffəq ola bilərdilər”, deyə “Pep” öz ehtimalını irəli sürüb.

Xatırladaq ki, Xosep Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdıraraq, Kataloniya klubuna klub səviyyəsində mümkün bütün qənimətləri qazandırıb. İspan mütxəssis oyunu “blauqrana”nın argentinalı ulduz hücumçusu Lionel Messi başda olmaqla, ispan yarımmüdafiəçilər – Xavi və Andres İnyestanın ətrafında qurmaqla, hücuma oynayan məğlubedilməz komanda təsis etmişdi.

Избранный
339
7
arena.az

10Источники