RU

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

İtaliya millisi Norveçdə sürpriz məğlubiyyətlə üzləşib. 

Fanat.Az xəbər verir ki, ötən gecə DÇ-2026-nın seçmə mərhələsində skandinaviyalılar 3:0 hesabı ilə qalib gəliblər. 

Aleksander Sörlot, Antonio Nussa və Erlinq Haland müvafiq olaraq, 14, 34 və 42-ci dəqiqələrdə Canluici Donnarummanın qoruduğu qapıya qol vurublar. 

"Opta"nın məlumatına görə, İtaliya dünya çempionatının seçmə mərhələsində ilk dəfədir ki, birinci hissədə 3 qol buraxır. 

Norveçlilər üç oyundan sonra 9 xalla qrupa başçılıq edir, italyanlar isə bir oyundan sonra xalsızdır.

Mirağa

Избранный
483
fanat.az

1Источники