RU

Müxalifət bu şəxsi Paşinyanın yerinə namizəd göstərdi - FOTO

Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” müxalifət fraksiyası başlanmış impiçment prosesi çərçivəsində Masis icmasının rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə fraksiya lideri Hayk Mamicanyan sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim RPA parlamentin “Mənim şərəfim var” fraksiyasına (de-fakto onun fraksiyası) ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq səsverməsinin keçirilməsi prosesinə başlamağı təklif edib.

Ermənistan qanunlarına görə, impiçment prosesinə başlamaq üçün təşəbbüskarlar baş nazir postuna öz namizədlərini irəli sürməlidirlər. Ərizə 36 imza olduqda müzakirə oluna bilər. İki müxalifət fraksiyası ("Ermənistan" və "Mənim şərəfim var") birlikdə 34 deputat təşkil edir. Daha dördü müstəqil statusa malikdir. Hökumət başçısına etimad göstərməmək üçün 107 deputatdan azı 54-ü impiçmentə səs verməlidir.

Избранный
181
publika.az

1Источники