BAKI, 7 iyun. TELEQRAF
İspaniyanın paytaxtı Madriddə iki minə yaxın insan ölkənin müdafiə xərclərini artırmasına etiraz olaraq küçələrə çıxıb.
Teleqraf xəbər verir ki, yürüş həmkarlar ittifaqları, QHT-lər və siyasi partiyalar da daxil olmaqla 70-ə yaxın təşkilat tərəfindən təşkil olunub.
Etirazçılar hökumətin hərbi xərcləri ÜDM-in 2%-nə qədər artırmaq planlarını ləğv etməyi, NATO və Aİ-ni yenidən silahlandırmaq ideyasından imtina etməyi tələb ediblər.
İspaniyanın baş naziri Pedro Sançesə qarşı şüarlar səsləndirilib. Etirazçılar Madridin "müharibə və antifaşist ənənəsini” davam etdirdiyini bildiriblər.
İştirakçılar həmçinin ABŞ-ın alyans ölkələrinin müdafiə büdcəsinin ÜDM-in 5%-nə qədər artırılmasının zəruriliyi ilə bağlı bəyanatına qarşı çıxıblar.