RU

İki avtomobilin toqquşması nəticəsində 4 nəfər öldü

Astarada yol-nəqliyyatı hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovla azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni maşın vurub.

Qəzada xəsarət alan ata və oğul Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası, ataya isə burunun kəsilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
265
4
avtosfer.az

10Источники