RU

28 yaşlı qadın 61 yaşlı kişini öldürdü – Hadisənin DETALLARIVİDEO

61 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi 28 yaşlı qadın saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət gecə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Sakit Qocayev küçəsi 27 ünvanında küçədə kişi meyti var.

Dərhal əməliyyat qrupu hadisə yerinə gedərək baxış keçirilib. Müəyyən edilib ki, bıçaqlanan 61 yaşlı Hikmət Məmmədovdur.

Əməliyyatçılar 28 yaşlı Nigar İbrahimlini də hadisə yerindən bir az kənarda tutublar. Cinayətdə istifadə edilən bıçaq isə hadisə yerindən aşkar edilərək götürülüb.

Ərazidə yaşayanların sözlərinə görə, Hikmət Məmmədov həmin ünvanda parkinqdə nəzarətçi işləyirmiş.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Избранный
113
50
xezerxeber.az

10Источники