RU

Sergey Yakiroviç ayrıldı, Markus Gisdol gəldi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” komandasının baş məşqçisi Sergey Yakiroviç vəzifəsindən ayrılıb.

Arena.az bu barədə Kayseri klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə klubu Yakiroviçə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Sergey Yakiroviç bu ilin yanvar ayında “Kayserispor”a baş məşqçi təyin edilmişdi. Bosniya və Herseqovinadan olan 48 yaşlı mütəxəssis bu komandanı cəmi 17 oyuna çıxarıb. Super Liqa təmsilçisi bu görüşlərdə 8 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət görüb. “Kayserispor” Super Liqada 2024/2025-ci illər mövsümünü 13-cü sırada bitirib.

Yakiroviç daha öncə Yakiroviç “Sesvete”, “Qoritsa”, “Maribor”, “Zrinski”, “Riyeka”, “Dinamo” (Zaqreb) kimi komandalara da rəhbərlik edib.

Artıq “Kayserispor”u bundan sonra kimin çalışdıracağı da məlumdur. Super Liqa təmsilçisi alman mütəxəssis Markus Gisdolla anlaşıb. Bu barədə klub prezidenti Nurettin Açıkalın yerli mətbuata açıqlamasında məlumat verib. Türkiyə klubu alman mütəxəssislə 2 illik müqavilə barədə razılıq əldə edib.

Markus Gisdol daha əvvəl 2023/2024-cü illər mövsümündə Türkiyədə “Samsunspor”un da baş məşqçisi olub. Bu klubdan ayrılandan işsiz olan 55 yaşlı mütəxəssis “Lokomotiv” (Moskva), “Köln”, “Hamburq”, “Hoffenhaym”, “Ulm” kimi komandalarda da baş məşqçi olub.

Избранный
80
7
arena.az

10Источники