RU

İran azərbaycanlılarının "Balamın adı" kampaniyası nədir?

İran azərbaycanlıları övladlarına azərbaycan-türk adları verilməsinə qoyulan qadağalara etiraz edirlər.

Onlar etiraz olaraq "Balamın Adı" kampaniyasına başlayıblar.

Son vaxtlar daha çox İran azərbaycanlısı uşağına öz istədiyi adı qoya bilməməsindən şikayətlənir.

Belə qadağa uşaqlara şəxsiyyət vəsiqəsi verilməsinə maneələr törədir.

İran azərbaycanlılar üçün uşaqlarına azərbaycan-türk adlarının qoyulması mədəni irsi ötürmək yoludur.

İranda adın qeydiyyatı onlayndır, sistem, adətən, siyahıda olmayan adları qəbul etmir.

Dövlət qurumlarında bundan şikayət edənlərə deyilir ki, onların uşaqlarına qoymaq istədikləri adlar "xarici", "qeyri-İran", "İran mədəniyyətinə uyğun olmayan", "mənasız", "qeyri-İslami"dir.

Bu qadağalara görə, valideynlər uşaqlarına "Yağış", "Elman", "Elyar", "Ayxan", "Alişan" kimi adları verə bilməyiblər, sosial mediada bildirilir.

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Избранный
410
16
bbc.com

10Источники