RU

Türkiyənin ali təhsil müəssisələrində çalışmaq istəyənlərə bəd xəbər

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı məhdudlaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, müqavilə əsasında çalışan xarici vətəndaşların sayının mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində olmasına icazə veriləcək.

Bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, 2023–2024-cü tədris ilində ölkə universitetlərində müqavilə əsasında 3 minədək xarici mütəxəssis çalışıb. Onların əksəriyyətini İran, Azərbaycan, ABŞ və Suriya vətəndaşları təşkil edib. Türkiyənin ali məktəblərində çalışan azərbaycanlı mütəxəssislərin sayı 235 nəfər olub. Onlardan 39-u professor, 13-ü isə dosent elmi adını daşıyır.\\Publika.az

Избранный
210
50
nocomment.az

10Источники