RU

Azərbaycan-Çin münasibətlərinin inkişafı nələrə təkan verəcək?

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan "GB News" telekanalına müsahibəsində səfir Elin Süleymanov Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.

Səfir Ruben Vardanyanın separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini terrorla hədələmə və digər cinayətlərdə ittiham olunduğunu bildirib.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub. Bu barədə Hümbət Musayevin Çinin "Tianshan" rəsmi saytında dərc edilmiş "Azərbaycan və Çin: ortaq dəyərlər əsasında yüksəlmiş strateji tərəfdaşlıq" sərlövhəli məqaləsində yer alıb.

Nepalın aparıcı "Nepal Khabar" media portalında "Minalar və partlamamış hərbi sursatlar: Müharibədən sonrakı Azərbaycanda səssiz təhlükə" sərlövhəli məqalə dərc edilib. Mənbə xəbər verir ki, məqalədə əsas məqsəd dünya ictimaiyyətinin diqqətini Azərbaycanın üzləşdiyi bu genişmiqyaslı təhlükəsizlik, humanitar və inkişaf probleminə çəkməkdir.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
154
37
far.az

10Источники