RU

Kaliforniya hökuməti Trampı məhkəməyə verib

Bakı.Trend:

Kaliforniya hökuməti Los-Anceles şəhərində iğtişaşlarındağıdılması üçün milli qvardiya qüvvələrini səfərbər etmək qərarınagörə ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyəverib.

Trend xəbər verirki, bu haqda "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

“Prezident Tramp qanuni icra hakimiyyətinin çərçivəsindən çıxmaqüçün dəfələrlə fövqəladə səlahiyyətlərə əl atıb”, - deyəSan-Fransisko federal məhkəməsinə təqdim olunan iddia ərizəsindəbildirilir.

Ərizədə məhkəmənin Trampın milli qvardiyanın səfərbər olunmasıilə bağlı fərmanının ləğv olunması ilə bağlı qərar qəbul etməsiistənilir.

"Şənbə günü, iyunun 7-də o, yerli hakimiyyətin nəzarətində olanetiraz aksiyasından istifadə edərək, daha bir görünməmiş hakimiyyətzəbtinə əl atdı – bu dəfə Kaliforniya ştatının suverenliyi bahasınavə ştatın Milli Qvardiyasının ali baş komandanı kimi qubernatorunsəlahiyyətlərinə zidd olaraq", – deyə şikayətdə bildirilir.

Məqalədə:
Избранный
118
36
az.trend.az

10Источники