Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün tarixçi Vladimir Medinski yox, prezident Vladimir Putin danışıqlar masasına oturmalıdır...
Poliqon xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Mark Rutte çıxış edib.
"Bu müharibəyə son qoymaq üçün danışıqlar masası arxasında indi iki dəfə İstanbulda peyda olan və 12-ci əsrdən bəri Rusiya və Ukraynanın tarixindən bizə yenidən danışan bu tarixçi (Rusiya prezidentinin köməkçisi Vladimir Medinski-red.) yox, Putin oturmalıdır", deyə Rütte bildirib.
Ruttenin sözlərinə görə, bu proses ciddi olan, danışıqlar aparmaq və müharibəni bitirmək istəyən Rusiya tələb edir. O qeyd edib ki, buna nail olmaq üçün ilk növbədə Ukraynanı bu mübarizədə güclü saxlamaq lazımdır.
Şimali Atlantika Alyansının baş katibi NATO ilə Rusiya arasında münasibətlərin gələcəyindən də danışıb:
"Ruslarla bir növ xoş, dinc yanaşı yaşayacağımızla bağlı bütün bu fikir ortadan qalxıb. Vladimir Putin açıq-aşkar ekspansionistdir. Onun Ukrayna ilə etdikləri həqiqətən heyrətləndiricidir. Yeri gəlmişkən, Rusiya tərəfi də daxil olmaqla, hər iki tərəfdən ölənlərin sayı sadəcə heyrətamizdir. Onun iqtisadiyyatı total müharibə vəziyyətindədir".
Poliqon.info