RU

Tramp Moskva və Kiyevi günahlandıra və vasitəçilikdən imtina edə bilər

ABŞ prezidenti Donald Tramp Moskva və Kiyevi onun tələblərini yerinə yetirməməkdə ittiham edərək Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandıra bilər...

Poliqon xəbər verir ki, bu barədə Foreign Policy mənbələrə istinadən yazır.

Eyni zamanda, nəşrin yazdığına görə, ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya ötürməkdə davam edəcək.

Mənbənin sözlərinə görə, Amerika rəsmiləri hesab edirlər ki, ABŞ Ukraynanın mümkün məğlubiyyətindən zərər görməməlidir. Onlar çox baha olmasa Kiyevə hərbi yardımı davam etdirməyi planlaşdırırlar.

May ayında Ağ Evin sözçüsü Karolin Levitt Donald Trampın münaqişənin hər iki tərəfində yorğun və məyus olduğunu bildirmişdi. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də bildirib ki, prezident administrasiyası münaqişənin həlli prosesində "dalan nöqtə" görür.

Poliqon.info

Избранный
279
16
poliqon.info

10Источники