RU

ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq? - VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Foreign Policy” nəşrinin yazdığına görə, Ukrayna Trampın tezliklə öz nöqteyi-nəzərini dəyişəcəyinə və Kiyevə daha çox kömək etməyə başlayacağına hələ də inanır.

Lakin, müəlliflərin fikrincə, Tramp həm Moskvanı, həm də Kiyevi razılığa gələ bilməməkdə günahlandıraraq, diplomatiyada fəal iştirakdan imtina edəcək, həmçinin Kiyevə Amerika silahlarının verilməsini dayandıracaq. Bununla belə,kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsi davam etdiriləcək.

“Amerika siyasətçiləri - onların arasında əksəriyyəti respublikaçılardır - başa düşürlər ki, Vaşinqtonun Ukraynanın potensial dağılmasından itirəcəyi çox şey var. Birləşmiş Ştatlar Vaşinqtona çox baha başa gəlməyəcəksə, əvvəlki dəstəyinə bənzər təkliflər verə bilər və yəqin ki, bunu edəcək”,- materialda vurğulanır.

Nəşrin Ağ Evdəki mənbələri bildiriblər ki, Tramp administrasiyası Ukraynanın ABŞ peyk kəşfiyyatına çıxışını dayandırmayacaq, çünki o, Ukrayna Silahlı qüvvələrinin“gözü və qulağı” rolunu oynayır.


Sahil İsgəndərov
AzVision.az
Избранный
61
50
azvision.az

10Источники