RU

Tramp və Mask qarşı- qarşıya: Prezidentin impiçment məsələsi gündəmə gələ bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.
Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.
 Məlum olduğu kimi, tərəflər arasında bir müddət gərginlik  hökm sürür. Buna əsas səbəb kimi büdcə layihəsi göstərilir. Amma, məncə, məsələ bununla kifayətlənmir. Ola bilsin, Mask həm də Trampın xarici siyasətindən narazıdır. 

Əvvəl də dediyimiz kimi, sahibkarla prezident arasında gərginliyin yaxın zamanda səngiyəcəyi inandırıcı görünmür. Əksinə, ziddiyyət güclənə bilər. Bununla əlaqədar olaraq Mask Trampın tərəfdarlarını ondan uzaqlaşdırmağa çalışmaqla yanaşı, həm də Demokratları ələ almağa cəhd edə bilər. Bu baş versə, daxili siyasi böhran güclənəcək. 

Həm Tramp, həm də Mask kifayət qədər ağıllı və prinsipial adamlardır. Hər ikisinin nüfuzu var. Yəqin ki, ən azı bir müddət onlardan heç biri geri çəkilməyəcək. Geriyə doğru atılmış bircə addım belə, qarşı tərəfin qələbəsi olacaq. 

Hazırda Maskın “əlini gücləndirən” iki faktor var. Bunlardan birincisi onun Trampın seçki kampaniyasına dəstək olmasıdır. Çoxlarına məlumdur ki, Mask olmasa idi, Trampın prezident seçkilərində qalib gəlməsi çox çətin, bəlkə də, mümkünsüz olardı. 

İkincisi, Tramp pedofilyada ittiham olunur. Bu fikrin ictimai şüurda özünə yer eləməsində Maskın da rolu olub. İddiaya görə, sahibkarın əlində bununla bağlı ciddi faktlar var. 
Tramp isə sahibkar qarşısında demək olar “kartsızdır”. Bunu nəzərə alsaq deyə bilərik ki, Mask Trampa təzyiq göstərməyə davam edəcək. 
Prosesin sonunda Trampın impiçment məsələsinin gündəmə gəlməsi mümkündür. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün

Избранный
64
42
sitat.info

10Источники