RU

Bu sosial problemlər dünyada əhali artımını dayandırır - BMT açıqladı


Dünyada əhali artımı ilə bağlı yeni məlumat açıqlanıb. Belə ki, BMT-nin yeni hesabatında deyilir ki, qlobal əhali artımının azalması gənclərin valideynlikdən üz döndərmələri ilə bağlı deyil. Bu, onların övlad sahibi olmasına mane olan sosial və iqtisadi təzyiqlərlə əlaqədardır. BMT-nin Əhali Fondu (UNFPA) iyunun 10-da “Dünya əhalisinin vəziyyəti” adlı hesabatını açıqlayıb və xəbərdarlıq edib ki, artan yaşayış xərcləri, davamlı gender bərabərsizliyi və gələcəklə bağlı dərinləşən qeyri-müəyyənlik səbəbindən xeyli sayda insan ailə qurmaq imkanından məhrum edilir.

Hesabatda yer alan “Həqiqi əhali artımı böhranı” başlıqlı fəsildə bildirilir ki, dəyişən dünyada reproduktiv kontekstdə həqiqətən də təhlükə altında olan amil insanların nə vaxt uşaq sahibi olub-olmayacağını sərbəst seçmək qabiliyyətidir.

Təşkilatın hesabatı dünya əhalisinin 37 faizini təmsil edən 14 ölkəni əhatə edən son sorğuya əsaslanır. Diqqətə çatdırılır ki, iqtisadi maneələr bu məsələdə əsas amildir; respondentlərin 39 faizi daha az uşaq sahibi olmağın əsas səbəbi kimi maliyyə məhdudiyyətlərini göstərib.

Mətləb Salahov

Избранный
127
8
baki-xeber.com

10Источники