RU

Bu il 9 minə yaxın tələbə kredit üçün Fonda müraciət edib

Son 4 ildə müraciət 57 min tələbəyə kredit ayrılıb. Bu barədə Təhsil Tələbə Krediti Fondundan (TTK) bildirilib. 

Hesabat ilində 70 min müraciət daxil olub. 

Kredit ayrılanların 62%-ni qızlar təşkil edib. 

Ümumilikdə həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.

"Geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub", - məlumatda deyilir. 

Açıqlamada qeyd olunur ki, 2025-ci il kredit üçün müraciət edən tələbələrin sayı 9000 minə yaxındır. 

Təhsil Tələbə Krediti Fondu (TTKF), prezidentin sərəncamı ilə 2021-ci ildə yaradılıb. Fondun məqsədi ali təhsil müəssisələrində təhsil alan və ya təhsil almaq istəyən, lakin maddi vəziyyəti zəif olan tələbələrə təhsil kreditləri verməkdir.

Gülnar Nazimqızı 

Избранный
112
37
anews.az

10Источники