RU

Gürcüstanın XİN başçısı: Aİ və NATO-ya inteqrasiya yalnız bizdən asılı deyil

TBİLİSİ, 10 iyun. TELEQRAF

“Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası yalnız Gürcüstandan asılı proses deyil”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, məsələ Aİ və NATO-nun mövqeyindən çox asılıdır və bu prosesi birtərəfli kimi təqdim etmək düzgün deyil.

XİN başçısı Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiya prosesinin sürətləndirilməsi üçün hər şeyi etdiyini vurğulayıb.

Избранный
100
9
teleqraf.com

10Источники