RU

Avstriyada məktəbdə atışma - 11 nəfər öldü

Avstriyanın Qraz şəhərində məktəbdə atışma baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində 11 nəfər ölüb.

Bildirilib ki, atışma nəticəsində ağır yaralanan şəxslər isə helikopterlə yaxınlıqdakı xəstəxanalara çatdırılır.

Qeyd olunub ki, məktəbdəki bütün insanlar təxliyə edilib, atəş açan şəxs isə ölü tapılıb və həmin şəxs məktəbdə şagird olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
83
1
qafqazinfo.az

2Источники