RU

FIFA referisi Elçin Məsiyev təyinat aldı

BAKI, 10 iyun. TELEQRAF

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Избранный
58
10
teleqraf.com

10Источники