RU

Qazın nəqli, saxlanması, paylanması, satışı və istehlakına dair yeni qaydalar

Ajans.az  xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir). Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
  • qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
  • qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
  • qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
  • qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
  • qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
  • maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
  • tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
  • tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq);
  • nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
  • qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
  • qazın idxalı üçün infrastruktur yaratmaq.
Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
  • qazın nəqli şəbəkəsində qaz itkilərinin kompensasiyası, həmçinin balanslaşdırma məqsədilə qaz almaq;
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
  • istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə müəyyən hallarda qazın verilməsini dayandırmaq;
  • qaz təchizatı subyektləri ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq, qazın nəqli infrastrukturunun imkanlarını və ölkə ərazisində qaza olan tələbatı müəyyən etmək.
Qazın saxlanması qazın saxlanması sistem operatoru tərəfindən həyata keçiriləcək. Qazın saxlanması sistem operatoru qazın saxlanmasına verilmiş icazə əsasında fəaliyyət göstərəcək. Qanun layihəsinə əsasən, qazın saxlanması sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir). Qazın saxlanması sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanunua uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
  • yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;
  • yeraltı qaz anbarlarının istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlarla bağlanılmış müqavilələr əsasında qazın saxlanmasını həyata keçirmək;
  • qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
  • qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
  • maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək.
Qazın saxlanması sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
  • yeraltı qaz anbarlarında qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
  • müəyyən hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.
Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçiriləcək. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərəcək. Qanun layihəsinə əsasən, qazpaylayıcı sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir). Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanuna uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
  • qaza tələbatın etibarlı şəkildə ödənilməsi üçün qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini, inkişafını və qazpaylayıcı şəbəkənin dispetçer idarəetməsini təmin etmək;
  • qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın paylanması xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
  • qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
  • istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;
  • qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
  • maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • Müəyyən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
  • tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
  • tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq);
  • təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
  • qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq;
  • istehlakçıların qaz qurğularına və qaz xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq texniki xidməti həyata keçirmək;
  • qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
  • qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək.
Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
  • qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
  • istehlakçılara müəyyən hallarda qazın verilməsini dayandırmaq;
  • qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
  • istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək.
Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçiriləcək. Qanun layihəsinə əsasən, qaz satıcıları bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər (2027-ci il yanvarın 1-dən qüvvəyə minir). İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçiriləcək.
Избранный
25
9
Ajans.az

10Источники