ain.az, Unikal.az portalına istinadən məlumat verir.
2026-cı ildə Vaşinqton Kiyev üçün silah alışı üçün büdcəni azaltmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında bildirib.
O, konqresmenlərin Ukraynaya gələcək silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib: “Bunun üçün büdcədə azalma var”.
Heqsetin fikrincə, indiki administrasiya bu müharibəyə tamam başqa cür baxır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Biz hesab edirik ki, danışıqlar yolu ilə sülh sazişi hər iki tərəfin və ölkəmizin maraqlarına uyğun ən yaxşı həll yoludur, xüsusən də dünyada ziddiyyətli tendensiyalar nəzərə alınmaqla", - Pentaqon rəhbəri vurğulayıb.
2022-ci ilin fevralından ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi yardım edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.