Bakı. Trend:
Görmə qabiliyyəti məhdud olan şəxslərin ətraf mühitdə rahathərəkət edə bilməsi üçün maneələri tanıyan süni intellekt əsaslınaviqator Novosibirsk Dövlət Texniki Universitetində (NDTU)hazırlanıb.
Trend xəbərverir ki, universitetin mətbuat xidmətinin məlumatına görə,sistemin analoqlarından əsas fərqi onun oflayn rejimdə işləməsidirvə istifadə üçün yalnız smartfon kifayətdir.
“İstifadəçi bizim hazırladığımız tətbiqi yükləyir, kameranı işəsalır və cihazı sinəsinə bərkidir. Bundan sonra xüsusi təlim keçmişneyron şəbəkə işə başlayır. Süni intellekt video axınından kadrlarıtəhlil edərək ətraf mühiti və potensial təhlükəli obyektlərə olanməsafəni müəyyənləşdirir və istifadəçini səs vasitəsilə xəbərdaredir”, – deyə layihənin müəlliflərindən biri Yeqor Avdeyevbildirib.
Obyektləri tanımaq üçün tərtibatçılar əl ilə işarələnmişməlumatlar üzərində öyrədilən konvolyusional neyron şəbəkəmodelindən istifadə edirlər. Süni intellekt təxminən beş metrməsafədəki maneələr barədə xəbərdarlıq edir ki, bu da istifadəçiniməlumatla yükləməmək üçün nəzərdə tutulub. Sistem həmçinin qəfilmeydana çıxan maneələrə, məsələn, avtomobillər və ya bağlanandarvazalara da reaksiya verir. Tətbiq bir kadrı təxminən 300millisaniyəyə emal edir.
Hazırlanmış bu sistem həm yerli, həm də xarici analoqlardanfərqli olaraq, tamamilə oflayn rejimdə işləyir, reklam və ödənişliabunə tələb etmir.