BAKI, 11 iyun. TELEQRAF
“İran-ABŞ danışıqlarının mümkün uğursuzluğu nəticəsində münaqişə baş verərsə, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran müdafiə naziri Əziz Nəsirzadə deyib.
Danışıqların nəticəsiz qalacağı təqdirdə qarşı tərəfin hərbi təhdidləri ilə bağlı İranın hansı addımları atacağı barədə jurnalistlərin suallarına Ə.Nəsirzadə belə cavab verib:
“İran xalqı və silahlı qüvvələr adından deyirəm ki, Allahın izni ilə, bu, münaqişəyə səbəb olmayacaq, amma münaqişə olarsa, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq. Bütün Amerika bazaları nəzarətimizdədir və biz heç bir şeyi nəzərə almadan ev sahibi ölkələrdəki o bazaları hədəfə alacağıq”.